Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi təklif edildi

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.

Yenixeber.org: O, "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı bildirib ki, ali təhsil almaq istəyən hər kəsə bu şərait yaradılmalıdır.

"Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil alma prosesini çətinləşdirməliyik. Hazırda isə vəziyyət əksinədir. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın"- M.Qasımlı söyləyib.

O, həmçinin vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə ön sıralarda olması üçün ölkədə tədqiqat universitetləri yaradılmalıdır: "Elmi tədqiqat sahəsində, təhsildə, dərsliklərdə sosial məsələlərdəki problemlər araşdırılmalıdır. Bunun üçün müəllim və tələbələr birlikdə araşdırmalar aparmalı, universitetlərdə dərslər interaktiv formada keçirilməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam