Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda mis-molibden zavodunun tullantı suları ətraf kəndləri zəhərləyir

 

Ermənistanda, Qərbi Zəngəzur bölgəsində (ermənilər Sünik adlandırıb - red.) mis-molibden zavodunun tullantılar anbarındakı partlayış nəticəsində yaxınlıqdakı kəndi zəhərli su basıb.

Yenixeber.org: Məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, Zəngəzur mis-molibden kombinatından axıdılan tullantı suları Oxçuçay çayını (ermənilər Voxçi adlandırır - red.) və yaxın yaşayış məntəqələrini çirkləndirməkdə davam edir.

Qəzetin yazdığına görə, bir müddət əvvəl kombinata məxsus “Artsvanik” tullantı anbarından axıdılan zəhərli sular və tullantılar nəinki Xələc çayının qoluna, hətta qonşu yaşayış məntəqələrinədək gəlib çıxıb: “Kəndləri basan zəhərli su ətraf mühiti çirkləndirərək təsərrüfatlara ziyan vurur”.

Məlumata görə, üç gündür bu hal davam edir.

“Joxovurd” bildirib ki, Ermənistanın ətraf mühit naziri Akop Simidyanı bu məsələ narahat etmir.

Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatından axıdılan zəhərli sular Araz çayını da çirkləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam