Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Laçının işğaldan azad edilməsindən iki il keçir -FOTO/VİDEO

Yenixeber.org: Bu qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.

Bu münasibətlə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin dekabrın 1-də xalqa müraciətində deyib:

“Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Bildirək ki, Azərbaycan 2022-ci ilin avqustun 26-da 10 Noyabr Bəyanatının müddəalarına əsasən, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa edib.

Qeyd edək ki, Laçın 1992-ci ilin may ayının 18-də Ermənistan tərəfindən işğal olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam