Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rus ordusu üçün Baxmut tələsi –“Onlar səhvlərindən nəticə çıxara bilmirlər”

Yenixeber.org: Bunu ABŞ Müharibə Araşdırması İnstitutu(ISW) Ukrayna cəbhəsindəki son duruma dair hesabatında bildirib.

İnstitut hesab edir ki, Baxmut istiqamətindəki ardıcıl hücumlar işğalçı ordunun tükənməsindən başqa heç bir nəticə vermir və çox zaman rus qoşunları kiçik yaşayış məntəqələrində sıxışıb qalırlar. Qeyd olunur ki, eyni səhvlərə iyun-iyul aylarında Severodonetsk və Lisiçansk şəhərlərinə hücum edilərkən də yol verilib. Nəticədə elə bir ciddi operativ və strateji əhəmiyyəti olmayan bu şəhərlər işğal olunsa da, ordu misli görünməmiş itkilər verib və bundan sonra heç bir ciddi uğur əldə edə bilməyib: “Rus qoşunları bu cəbhədə iyul ayından dalana dirənib. Əgər Rusiya ordusu Baxmut istiqamətində irəliləməyə, hətta Ukrayna Silahlı Qüvvələrinin oradan çəkilməsinə nail olsa belə, olduqca böyük itkilərlə müqayisədə bunun çox kiçik operativ əhəmiyyəti olacaq”.

İnstitutun mütəxəssisləri bildirirlər ki, rus ordusu hazırda Baxmutun həndəvərindəki kiçik yaşayış məntəqələrinə hücumları davam etdirsələr də, ciddi uğur əldə edə bilmirlər. Beloqorovkanın ələ keçirildiyinə dair Rusiya tərəfinin yaydığı məlumatlar isə həqiqəti əks etdirmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam