Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

 

“Sabah” klubunun futbolçusu Kristian Sebalyos iki oyunluq cəzalandırılıb.

Yenixeber.org: Peşəkar Futbol Liqasınln məlumatına görə, buna oyunçunun Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Şamaxı” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Sözügedən hərəkətə görə, klub isə 1600 manat cərimə edilib.

Həmin matçda “Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev də ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Şamaxı” klubu 1600 manat ziyana düşüb.

XVI turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klub 800 manat cərimələnib.

Sözügedən oyunda “Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat ödəməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam