Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cəlilabadda məsciddən və evlərdən oğurluq edilib -FOTO

Məsciddən oğurluq edənlər saxlanılıb

Cəlibad rayonunun Alar kəndində yerləşən yaşayış evlərindən birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Yenixeber.org- a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar.

Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib.

Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam