Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ANAMA:"Kəlbəcərdə partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur"

  

"Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur".

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rafiq Cəbrayılov deyib.

O bildirib ki, hazırda ərazi minalarla çirklənib və çox təhlükəlidir:

"Tərəfimizdən əraziyə baxış keçirilib. Partlayış yerinin krateri yoxlanılaraq dəlillər götürülüb. İlkin ehtimala görə, ərazidə TM-62M tipli tank əleyhinə minanın partlayışı ola bilər. Ərazidən götürdüyümüz dəlillər də həmin TM-62M tipli tank əleyhinə minanın hissələrinə bənzəyir".

"Onu da qeyd etmək istəyirəm ki, TM-62M tipli tank əleyhinə mina təzyiqlə işə düşür, tərkibində 7,5 kq partlayıcı maddə var. Hazırda ərazi mühafizə olunur", - ANAMA əməkdaşı vurğulayb.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam