Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir" -RƏSMİ

 

"Təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır".

Yenixeber.org: Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır: "Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur".

E.Əmrullayev həmçinin bildirib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: "Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır".

O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib.

Nazir eyni zamanda əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyacın olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam