Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Telefon nömrələrin satış qaydalarında dəyişiklik

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib

 

"Xeberinfo.com":   Hazırda yeni qərara uyğun olaraq, nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülür.
Portaldan oxu.az-a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq. “E-hökumət” portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.
Bununla yanaşı, portal vasitəsilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və sair) göndərmək imkanı yaradılacaq. “E-hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq. Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.
Qeyd edək ki, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam