Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə xəbərdarlıq

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edir.
"Xeberinfo.com":  Nazirliyin mətbuat xidmətinə istinadən xəbərə görə, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır.
Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilən tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam