Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Salyanda maarifləndirmə tədbiri keçirilib -FOTO

 
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qızılağac kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yenixeber.org: Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Narkomaniya tək ölkəmiz üçün deyil, artıq bütün dünya üçün təhlükə mənbəyinə çevrilib və onun qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
Daha sonra narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan şöbə rəisi, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam