Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qərib Məmmədov Nizami rayonuna icra başçısı gətirilir?

 

Hazırda vakant olan Nizami rayon İcra Hakimiyyətinin başçısı kürsüsünə isə Qərib Məmmədov iddialı olduğu bildirilir

"Xeberinfo.com":   Məlumata görə, bu barədə PİA.AZ-ı məlumatlandıran etibarlı mənbənin bildirdiyinə görə keçmiş komitə sədrinin Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin olunması haqqında yaxın vaxtlarda qərar verilməsi gözlənilir.
Qeyd edək ki, dünən prezidentin fərmanı ilə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri təyin olunub. Hazırda vakant olan Nizami rayon İcra Hakimiyyətinin başçısı kürsüsünə isə Qərib Məmmədov iddialı olduğu bildirilir.
Xatırladaq ki, ölkə prezidentinin fevral ayında  imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Fərmana əsasən, Komitənin səlahiyyətlərinin əsas hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. Bu fərmandan sonra isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov işsiz qalıb. Qərib Məmmədov hakimiyyətin «köhnə qvardiyasına» aid kadr olaraq tanınır və uzun illər boyu müxtəlif dövlət vəzifələrində çalışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam