Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“2023-c ildə Ukraynanın hücum mərhələsi başlayacaq” -Danilov

Yenixeber.org: Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov bəyan edib ki, 2023-cü ildə bu müharibədə Ukraynanın hücum mərhələsi başlayacaq - Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üzrə.

Danilov «Ukraynaya inanmalı» sözləri ilə danışıb ki, dünya Ukraynanın müstəqillik müharibəsinə münasibətini necə dəyişdi - partizan hərəkatından qələbəyə qədər. Xüsusilə də 2022-ci ilin yanvarında partizan müharibəsindən söhbət getdi. Bununla bağlı Ukraynaya tank əleyhinə əl raket kompleksləri (NLAW), Javelin personal tank əleyhinə raket kompleksləri və Stinger raket sistemləri gəldi.

Danilov “Feysbuk” sosial şəbəkəsində qeyd edib ki, iyunda qərbli həmkarlar müdafiə-hücum müharibəsindən danışmağa başladılar. Xüsusilə, Ukrayna yüksək mobilli HİMARS artilleriya-raket sistemləri, M777 haubitsaları, Harrop raketləri, GMLRS mərmiləri (onlarla 80 km məsafəyə atəş açmaq olur), Excalibur mərmiləri, Panzerhaubitze 2000 haubitsaları, hava hücumundan müdafiə sistemləri, ANB Krab haubitsaları almağa başladı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam