Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İmran Xan həbs oluna bilər

 

Pakistanın keçmiş Baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının bir sıra liderləri haqqında məhkəmə sistemini təhqir etməyə, hörmətsizliyə görə Pakistan Seçki Monitorinq Komissiyası həbs barədə order verib.

Yenixeber.org: “Daily Pakistan” qəzeti məlumat yayıb ki, keçmiş Baş nazir və onun partiya yoldaşları girov qarşılığında sərbəst qala bilər.

Məlumata görə, bir müddət əvvəl İmran Xan və onun partiya yoldaşları - Əsəd Umar və Fəvad Çaudri antimüdafiə qaydalarını pozduqları üçün Seçki Müşahidə Komissiyası və Ali Məhkəmə qarşısındakı dinləmələrə gəlməkdən imtina ediblər.

Məhkəmə iclaslarına dəfələrlə gəlməkdən imtina edərək hakimiyyəti təhqir etmələri səbəbindən onların və başqa müxalif siyasətçilərin həbsinə icazə verilib.

Bildirilib ki, keçmiş Baş nazir və onun yaxınları onlara qarşı irəli sürülən ittihamları qanunsuz, uydurma hesab edirlər.

Qeyd edək ki, 2022-ci ilin aprelində parlamentin Aşağı Palatası İmran Xana etimadsızlıq göstərilməsinə dair səs verib. Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) sədri Şahbaz Şərifi yeni Baş nazir seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam