Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Kəpəz”in kapitanı:“Oynayıb gücümüzü görəcəyik”

 

“Yoxlama görüşlərində qarşılaşacağımız rəqiblər zəif deyillər, oynayıb gücümüzü görəcəyik”.

Yenixeber.org: Bunu “Kəpəz”in futbolçusu Tural Axundov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Gəncə klubunun kapitanı Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirib. 35 yaşlı müdafiəçi yoxlama görüşlərinin mövsümün ikinci yarısı üçün vacib olduğunu bildirib: “Toplanış müddətində keçirilən oyunların nəticəsi əsas götürülmür. Vacib olan çatışmazlıqları görüb aradan qaldırmaqdır. Ona görə də belə görüşlər hər bir klub üçün önəmlidir. Rəqiblər xarici komandalar olduğundan, meydanda rəqabət, həyəcan olur. Qarşıda çempionatın daha iki dövrəsi durur. Ona görə yaxşı hazırlaşmalı, daha yaxşı çıxış etməliyik”.

Axundov komandanın formalaşmasında təcrübəli oyunçuların mühüm rol oynadıqlarını düşünür: “Heyətdə həm gənc, həm də təcrübəli futbolçular var. Sıralarımızda komandaya yeni qoşulan futbolçular da yer alıblar. Düzdür, uyğunlaşma prosesi vaxt aparandır. Amma bir kapitan olaraq demək istəyirəm ki, belə şeylər bizim üzərimizə düşür. Çalışırıq ki, tez adaptasiya olsunlar”.

Qeyd edək ki, “Kəpəz” Antalya toplanışı çərçivəsində yanvarın 14-də “MTK Budapeşt” (Macarıstan), 16-da “Novi Pazar” (Serbiya), 18-də isə “Kaysar”la (Qazaxıstan) yoxlama görüşü keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam