Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putin Rusiya Federasiyasının UNESCO-ya yeni nümayəndəsini təyin edib

 

Rinat Alyautdinov bu vəzifədə Aleksandr Kuznetsovu əvəzləyib.

“Yenixeber.org” novosti.ru-ya istinadən xəbər verir ki, Rinat Alyautdinov bu vəzifədə Aleksandr Kuznetsovu əvəzləyəcək. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Alyautdinov 1958-ci ildə anadan olub. 1981-ci ildə MDBMİ-ni bitirərək, SSRİ Xarici İşlər Nazirliyinə işə qəbul olunub. Orada nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb. 2006-2017-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Baş Katibliyinin (departamentinin) direktor müavini vəzifəsində çalışıb. 2012-2017-ci illərdə Rusiya Federasiyasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini olub. 2018-ci ildə o, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Hüquqları Departamentinin direktoru təyin edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam