Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Vladimir Putin bu gün səfərbərlik elan edə bilər" -ABŞ institutu

 

“Rusiya Prezidenti Vladimir Putin ordusunu gücləndirmək məqsədilə yaxın günlərdə ikinci səfərbərlik dalğasını elan edə bilər. Bəlkə də Kreml rəhbəri səfərbərliyi bu gün çıxışında elan edəcək”.

Yenixeber.org: Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, V.Putin bu gün Sankt-Peterburqda doğulduğu Leninqrad şəhərinin 1943-cü ildə alman faşistlərinin mühasirəsini yarmasının 80 illiyi ilə bağlı çıxış edəcək: “Putin xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir. Odur ki, onun bu gün səfərbərlik elan edəcəyi gözləniləndir. Ukrayna və Qərb kəşfiyyatı dəfələrlə bildiriblər ki, Kreml yanvarın ortalarında səfərbərliyin növbəti dalğasını elan edə bilər”.

Məlumata görə, Rusiya qoşunları dünən, yanvarın 17-də Avdiivka-Donetsk istiqamətində hücum əməliyyatlarını davam etdiriblər: “Soledarda da döyüşlər davam edir. Həmçinin Donetsk və Zaporojyedə də hücumlar səngimir”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin bu gün, yanvarın 18-də Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlamalar verəcəyini söyləmişdi.

Xatırladaq ki, Britaniyanın “The Times” nəşri daha əvvəl bildirmişdi ki, Rusiya 500 min nəfərlik yeni səfərbərlik planı hazırlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam