Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İtaliya Ukraynaya 6-cı hərbi yardım paketini qəbul edəcək

 

İtaliya hökuməti gələn həftə Ukraynaya “Aspide” raketlərinin tədarükü haqqında dekret qəbul edəcək.

Yenixeber.org: Bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Parlamentin təhlükəsizlik üzrə xüsusi komitəsinə (Copasir) təqdim olunacaq yeni silah paketinə “Aspide” idarə olunan raketlərinin də daxil olacağı bildirilir.

Məlumata görə, 6-cı paketə daxil edilməyən bahalı "SAMP-T" zenit-raket kompleksinin (ZRK) tədarükü ilə bağlı xüsusi dekret fevral ayının sonuna kimi qəbul ediləcək.

Raketlərin baha olması səbəbindən tədarükü artıq elan edilmiş ABŞ istehsalı olan “Patriot” ilə İtaliya istehsalı olan bu sistemlərin birləşdirilməsinin mümkünlüyü nəzərdən keçirilir. Bundan başqa, ABŞ istehsalı olan “Patriot”ların "SAMP-T" ilə əvəzlənməsi ssenarisi üzərində də işlər aparılır. Lakin bu sistemin İtaliya və Fransa tərəfindən birgə hazırlandığını nəzərə alsaq, qərar rəsmi Paris ilə birgə veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam