Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

"Park Qusar"dakı yanğında ölən və yaralananların adları -SİYAHI

Hoteldə ölən və yaralananların adları

   Qusar Rayon Prokurorluğu "Park Qusar" hotelindəki dəhşətli yanğınla bağlı məlumat yayıb. 

Yenixeber.org: Prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.

Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü  Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. 

Hazırda onların vəziyyəti stabildir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam