Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Çin şirkətləri Rusiyaya gülləkeçirməz jiletlər və dəbilqələr satır

ABŞ prezidenti Co Baydenin administrasiyası Çin şirkətlərinin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya öldürücü olmayan avadanlıq satmasından Çinin narahatlığını ifadə edib.

“Yenixeber.org” CNN-ə istinadən məlumat verir ki, ABŞ səlahiyyətlilərində bu cür daşımalarla bağlı sübutlar var.

Bayden administrasiyası Pekinin bu sövdələşmələr haqqında nə qədər bildiyini anlamağa çalışır. Bu barədə iki ABŞ rəsmisi məlumat yayıb.

Qeyd olunur ki, Çin şirkətləri Rusiyaya zireh və dəbilqə satırlar. Həmsöhbətlərin fikrincə, bu, Rusiyanın tələb etdiyi ciddi hərbi yardıma uyğun gəlmir. Eyni zamanda, başqa bir rəsminin sözlərinə görə, bəzi ABŞ rəsmiləri hesab edir ki, Çin hökuməti avadanlıqların ötürülməsindən xəbərdardır və bunun qarşısını almaq üçün addımlar atmalıdır.

Ukraynada müharibə: Çinin mövqeyi

UNİAN-ın daha əvvəl bildirdiyi kimi, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Çin rəsmi olaraq neytral mövqe tutaraq, hərbi əməliyyatları dayandırmağa və dinc dialoqa başlamağa çağırıb. Xüsusilə, Pekin Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

Bu yaxınlarda ÇXR-nın Avropa İttifaqındakı yeni səfiri Fu Konq bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi Çini “çox çətin vəziyyətə salıb” və Çinin Avropa ilə münasibətlərini “çox gərginləşdirib”.

ABŞ Dövlət Departamentinin keçmiş sanksiyalar koordinatoru Daniel Frid əmindir ki, Çin Ukraynadakı müharibədə Rusiyaya dəstək vermək niyyətində deyil. Onun sözlərinə görə, Pekin Qərbin düşünülən qədər zəif olmadığını gördü.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam