Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna Baş Qərargahı:"Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna planlaşdırılır"

 

"Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna planlaşdırılır".

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Qeyd olunub ki, Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində düşmən növbəti səfərbərlik dalğasına hazırlıq tədbirləri həyata keçirir:

“Belə ki, cari il yanvarın 29-dək bütün dövlət və özəl qurumlar ehtiyata buraxılan şəxslərin siyahılarını hərbi komissarlıqlara təqdim etməlidirlər. Eyni zamanda, bu il fevralın 1-dən bütün təmir-tikinti işləri dayandırılacaq. Təmir-tikinti üçün nəzərdə tutulmuş bütün vəsaitlər Ukraynaya qarşı silahlı təcavüzün dəstəklənməsinə yönəldiləcək”.

Məlumatda, həmçinin vurğulanıb ki, Müdafiə Qüvvələrinin aviasiyası ötən gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 14, zenit-raket komplekslərinin mövqelərinə isə 2 zərbə endirib:

“Bundan başqa, son sutka ərzində düşmənin 2 Su-25 təyyarəsi, 1 Ka-52 helikopteri, 4 Orlan-10 tipli PUA məhv edilib”.

Qeyd olunub ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri gün ərzində Rusiya ordusunun 1 nəzarət postunu, 12 canlı qüvvənin cəmləşdiyi ərazini və 4 silah-sursat anbarını vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam