Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Orxan Əsgərovun nəşini gətirən təyyarə Bakıya çatdı -VİDEO/YENİLƏNDİ

Təxliyə təyyarəsi Bakıya çatdı

Orxan Əsgərovun nəşini, yaralıları və Azərbaycanın İrandakı diplomatik korpusunun nümayəndələrini Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Yenixeber.org: Şəhid Orxan Əsgərovun cənazəsi fəxri qarovulun müşayəti ilə qarşılanır.
Azərbaycanın İrandakı səfirliyindən təxliyə edilən diplomatları, diplomatik korpusun digar əməkdaşlarını və onların ailə üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayır.

  ***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

 Səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

 

***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

Səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini öldürüb. Səfirliyin iki mühafizə əməkdaşı da yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam