Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Erməni saytı İrəvanı ifşa etdi:"Xankəndidə naringi də satılır, yerkökü də"

Erməni saytı İrəvanı ifşa etdi:    "Xankəndidə naringi də satılır, yerkökü də"  
Xankəndi şəhərinin mərkəzi bazarında və meyvə-tərəvəz mağazalarında portağal və naringi satılır. Yerkökü satışı prosesi isə daha əvvəl başlayıb.
Yenixeber.org: Bu barədə "Mamul" saytı məlumat yayıb. Nəşr separatçıların qondarma "Dövlət Xidmətlərinin Tənzimlənməsi və İqtisadi Rəqabət üzrə Dövlət Komissiyası" adlı qurumuna istinad edib.
Bildirilir ki, bu mövsümi kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem yaşanmır. Meyvələrin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan regionlarında geniş yayılması istiqamətində işlər aparılır. Yuxarıda göstərilən sitrus bitkilərinin maksimum satış qiymətləri və bir istehlakçıya düşən alışın miqdarı isə xüsusi cədvəllə təqdim olunub.
Qeyd edək ki, İrəvan beynəlxalq aləmə car çəkərək guya Xankəndi və digər Azərbaycan rayonlarında böhran yaşandığını, ermənilərin qıtlıq, aclıqla üz-üzə qaldıqlarını iddia edir. Bu dezinformasiyaları isə elə qondarma rejim və erməni mediası ifşa etmiş oldu. Mövzümi meyvələrin dəhlizdə məlum aksiyalar başlayandan sonra Xankəndiyə necə yol açması bir daha onu göstərir ki, Laçın yolu humanitar məqsədlər üçün daim açıqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam