Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu dekana cinayət işi açıldı -SƏBƏB

Rüşvətə görə saxlanılan dekana cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, Dövlət Aqrar Universitetinin​ dekanı, professor Famil Nəsibov saxlanılmışdı.

Yenixeber.org: Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, F.Nəsibov barəsində cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan dekanın qanunsuz əməlləri ifşa edilib.

F.Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə cinayət işi başlanıb, Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib. Vəzifədən kənarlaşdırılıb və barəsində ev dustaqlığı seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam