Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycanın Aİ ölkələrinin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir" -Kadri Simson

 

Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir.

Yenixeber.org: Bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.

O, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə edib və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırıb.

K.Simson vurğulayıb ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir.

Energetika məsələləri üzrə komissar bildirib ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam