Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı

 

Türkiyədə zəlzələ bölgəsi olan Hatayın İskəndərun vilayətində zəlzələ nəticəsində dəniz səviyyəsi qalxıb.

Yenixeber.org: Sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb.

Qeyd edilib ki, zəlzələdən 2 gün keçməsinə baxmayaraq, dənizin səviyyəsinin enməməsi diqqət çəkib. Həm zəlzələ riski, həm də dənizin su basması səbəbindən sahil zolağındakı evlər boşaldılıb.

İnsanlar təbii fəlakətdən sonra parklarda və bağlı küçə bazarlarında qalmağa çalışırlar.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam