Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyədəki zəlzələyə görə Albaniya və Şimali Makedoniyada matəm günüdür

Türkiyədəki zəlzələ ilə bağlı bu gün Albaniya və Şimali Makedoniyada matəm günüdür.
Yenixeber.org: Albaniya və Şimali Makedoniya hökumətləri ötən həftə fevralın 6-da Türkiyə və Suriya sərhədində baş verən güclü zəlzələ nəticəsində həlak olan çox sayda insanın xatirəsinə hörmət əlaməti olaraq fevralın 13-nü milli matəm günü elan edib.
“Şimali Makedoniya vətəndaşlarının düşüncələri və duaları həyatını itirənlərin yaxınları və ailələri ilə birlikdədir. Şimali Makedoniya Respublikasının bütün vətəndaşları adından yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Dövlət və xalq olaraq bundan sonra da kömək edəcəyik, həmrəy olacağıq", - Şimali Makedoniya Baş naziri Dimitar Kovacevski bildirib.
Albaniyanın Baş naziri də daha əvvəl bəyan edib ki, bu faciədə Türkiyə xalqı ilə həmrəylik üçün ölkədə milli matəm elan olunur.
"Bir müddət əvvəl Albaniyaya bənzər bir fəlakət baş verəndə yaxınımızda olan dost Türkiyə ilə həmrəylik əlaməti milli matəm elan edirik", - Edi Rama bildirib.
Həm Albaniyada, həm Şimali Makedoniyada dövlət bayraqları yarıya qədər endirilib. Həmçinin bu ölkələrin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində də bayraqlar endirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam