Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yaponiya səfirliyi iki kəndin su təchizatını yenidən qurur –Müqavilə imzalandı

Fevralın 15-də Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və benefisiar təşkilat qismində çıxış edən Qobustan rayonu Qurbançı Bələdiyyəsi arasında “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

Yenixeber.org: Bu layihənin əsas məqsədi Qurbançı və Ərəbşahverdi kəndlərində 60 tonluq su hovuzu, su nasosu, transformator, 6600 metr su borusu, 5 bulaq tap-stand ilə təmin olunmuş su sistemini inşa edərək, mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsidir. Layihənin icrası nəticəsində kəndlərin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Layihənin icra olunması üçün Yaponiya höküməti 90 dollar məbləğində qrant ayırıb.

Bu müqavilə də daxil olmaqla Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 284 qrant müqaviləsi imzalanıb və onların ümumi məbləği 23,890,000 dollardan (39.5 milyon manat) artıqdır.


“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.

Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam