Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zəlzələyə görə saxlanılanların sayı artır

Türkiyədə zəlzələdə dağılan binalarla bağlı daha bir kütləvi HƏBS QƏRARI

Türkiyədə baş verən güclü zəlzələdən sonra müxtəlif şəhərlərdə uçan binalarla əlaqəsi olan 600-dən çox şəxs barədə araşdırma aparılır.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, onlardan 182-si barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar tikinti podratçısı, bina sahibləri və ya idarəçiləridir.

Türkiyə ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, hazırda yoxlamalar davam edir və bəzi hallarda binaların uçduğu yerlərdə yeni maddi sübutların tapılması cinayət işi üzrə istintaqa əsas verir.

Nazirin sözlərinə görə, həmçinin Türkiyədə zəlzələ zonasında 351 oğurluq hadisəsi qeydə alınıb, 284 şəxs şübhəli qismində saxlanılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ böyük dağıntılara səbəb olub və nəticədə 44 mindən çox insan ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam