Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cəbrayıl yarımstansiyası Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatını təmin edəcək

330 kV-luq Cəbrayıl Qovşaq yarımstansiyası Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək.
Yenixeber.org:  Stansiya yaradılan meqa layihələrin tələbatını qarşılamaq, Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq imkanı verəcək.
Bundan başqa uzun illərdən sonra Naxçıvan MR-nı Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, «Xudafərin» və «Qız Qalası» Su Elektrik Stansiyalarında, o cümlədən Alternativ və Bərpa olunan Enerji Mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerjisisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlaşmaq mərhələsinə daxil olub. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam