Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Krımda aerodrom ərazisində partlayışlar eşidilib:Rusiya ordusu nəyə hazırlaşır?

Martın 7-də səhər saatlarında Ukraynanın işğal altında olan Krım vilayətinin Sevastopol şəhərində gurultulu partlayış səsləri eşidilib.
Yenixeber.org: Rusiyalı hərbçilər bunu təlimlərlə əsaslandırıblar.
Bu barədə “RBC-Ukrayna” qondarma qubernator Mixail Razvojayevin “Telegram” hesabına istinadən məlumat verib.
Yerli sakinlər sosial şəbəkələrdə qeyd edirlər ki, partlayışlar “Belbek” aerodromu ərazisində baş verib. Mixail Razvojayev isə bölgədə “hər şeyin sakit olduğunu” iddia edib.
“Sosial şəbəkələrdə yenə də aerodrom ərazisində hansısa partlayışların olduğunu yazırlar. Bu, yalandır. Gəmi heyətlərinin təlimləri aparılır. Şəhərdə sakitlikdir”, - deyə o bildirib.
Xatırladaq ki, Rusiya ordusu işğal olunmuş Krımda müdafiəyə hazırlaşır və bu məqsədlə də çimərliklər boyu yüzlərlə kilometr məsafədə səngərlər qazıblar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam