Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İsrail ordusu Qəzzanı artilleriya atəşinə tutdu


İsrail ordusu blokadada olan Qəzza zolağının cənubundakı hərbi müşahidə qülləsini atəşə tutub.
Yenixeber.org: Bildirilib ki, İsrail ordusuna məxsus texnikalar Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şərqindəki Fələstin torpaqlarına daxil olub. Ordu qüvvələri Qəzzada Daxili İşlər Nazirliyinin səhra qüvvələrinin nəzarəti altında olan hərbi müşahidə qülləsini artilleriya mərmiləri ilə bombalayıb.
İsrail ordusundan verilən yazılı açıqlamada, Qəzza sərhədindəki təhlükəsizlik bölgəsində hərbi fəaliyyət göstərən İsrail qüvvələrinin yaxınlığında partlayıcının işə salındığı bildirilib.
Açıqlamada, can itkisi və yaralanmaya səbəb olmayan hadisədən sonra ordu tanklarının HƏMAS-a aid bir nöqtəni bombaladığı qeyd olunub.
Fələstin administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam