Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda 100-dən çox adam saxlanıldı -SƏBƏB

İranda məktəblərdə kütləvi zəhərlənməyə görə yüzdən çox adam saxlanılıb

İranda qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə halları ilə bağlı 100-dən çox şəxsin müəyyən edilərək saxlanıldığı bildirilir.

Yenixeber.org: Bu haqda İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada saxlanılanların bəzilərinin düşmənçilik niyyəti olan şəxslər olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, terror təşkilatları ilə əlaqəsi olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi qeyd edilib.

Məlumatda həmçinin, ötən həftədən zəhərlənmə hallarının sayının xeyli azaldığı vurğulanıb.

Qeyd edək ki, 2022-ci ilin noyabrından İranın müxtəlif əyalətlərində şagirdlər arasında zəhərlənmə halları qeydə alınıb.  Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam