Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Baxmut "cəhənnəmə" çevrilib -1 aya 11 min itki

Baxmut "cəhənnəmə" çevrilib -    1 aya 11 min itki  
Ukrayna ordusu bir ay ərzində Baxmut (Artemovsk) uğrunda gedən döyüşlərdə 11 minə yaxın hərbçi itirib. Ukrayna Silahlı Qüvvələrinin yaralı və təslim olmuş, itkin düşmüş hərbi qulluqçularının, eləcə də əcnəbi muzdluların sayı hələlik məlum deyil.
Yenixeber.org: Bu barədə “RİA Novosti” Rusiya hücum dəstələrinin komandanlığına istinadən məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin sıradan çıxarılmış silah və texnikasının sayı ilə bağlı məlumatlar da açıqlanmır.
Rusiya mediası həmçinin yazır ki, məlum ağır itkilər və cəsədlərin daşınmasında yaranan problemlər səbəbindən Ukrayna komandanlığı Minkovka kəndi yaxınlığında səyyar krematoriya yerləşdirib.
Qondarma "Luqansk Xalq Respublikası"nın xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko açıqlamasında bildirir ki, cəsədlər hətta yük maşınları və pikaplarla daşınır.
Eyni zamanda, Rusiya rəsmiləri bəyan edirlər ki, hücum qoşunları artıq Artemovskın yarısına nəzarət edirlər. Bu isə Ukrayna müdafiə qruplarının təchizat marşrutlarının Rusiya Silahlı Qüvvələrinin atəşi altında olması deməkdir.
Qeyd edək ki, Ukrayna tərəfi də sözügedən istiqamətdə baş tutan döyüşlərdə rusların minlərlə itki verdiyini bəyan edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam