Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib -FOTOLAR

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib.
Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri və yaxınlarının iştirak etdiyi aksiyada əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək, habelə şəhidlərimizin əziz xatirələrini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada həmişəyaşıl ağaclar əkilib.
İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam