Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kütləvi məzarlıqlarda aparılan işlər nə yerdədir? -VİDEO

 

“Birinci Qarabağ müharibəsi zamanı 1988-1994-cü ildə itkin və əsir düşmüş şəxslərin axtarışları davam etdirilir”.

Yenixeber.org:  Bu sözləri Baku TV-yə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov deyib.

O bildirib ki, müxtəlif ərazilərdə alimlərimiz işlərini davam etdirir:

“Edillidə, Xocavənd rayonunun ərazisində, Füzuli rayonunun Seyidəhmədli kəndində və daha bir neçə yerdə kütləvi məzarlıqlara rast gəlinib. Həmin kütləvi məzarlıqların araşdırılmasında bizim antropoloq və fiziki antropologiya ilə məşğul olan alimlərimiz xüsusi işlər aparırlar. Təbii ki, həmin şəxslərin kimlikləri hələ tam müəyyənləşməyib. Demək olar ki, həmin vaxt itkin düşmüş şəxslərin sayı 4 min nəfərə yaxındır. Biz bu şəxslərin yalnız bir hissəsinin kimliyini müəyyən etmişik”.

A.Seyidov həmçinin qeyd edib ki, Füzuli rayonunun ərazisində yerləşən Yedditəpə abidəsində, Ağdam şəhərində yerləşən Üzərliktəpə abidəsində də genişmiqyaslı arxeoloji qazıntılar aparılıb:

“Hazırda Şuşa şəhərində bir çox yerlərdə işlərimiz davam edir. Əsas məqsədimiz Qarabağın tarixən əzəli torpağımızın olmasını arxeoloji qazıntılarla təsdiqləməkdir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam