Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Narkotik istifadə edib "Toyota" sürən şəxs tutuldu -Salyanda

Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Q.Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam