Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Rusiya hərbi komandanlığı müharibəni müvəqqəti dondurmaqda maraqlıdır”-ABŞ institutu

“Yəqin ki, Rusiya hərbi komandanlığı müharibəni müvəqqəti dondurmaqda maraqlıdır”.

Yenixeber.org: Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Amerikalı analitiklərin fikrincə, bunun 2 səbəbi var. Əvvəla, Rusiya itirilmiş qüvvəsini bərpa etmək istəyir. İkincisi isə, ola bilsin, Prezident Vladimir Putin qarşıdan gələn prezident seçkiləri ərəfəsində (Rusiyada dövlət başçısı seçkiləri 2024-c ildə keçiriləcək-red) öz siyasi mövqeyini gücləndirmək üçün belə bir addım atsın.

““Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin də müvəqqəti atəşkəs istəyir. O, Putinin Ukraynadakı maksimalist məqsədlərini tənqid edir. Priqojinin fikrincə, Rusiya Donbası ələ keçirmək üçün illərlə şiddətli döyüşlər aparmalıdır. Çox güman, bu fikirlər də atəşkəsin zəruriliyini göstərmək üçündür”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, əgər atəşkəs təmin olunarsa, Rusiya döyüş qabiliyyətini bərpa etdikdən sonra yenidən hücum əməliyyatlarına başlayacaq: “Bunun üçün isə hazırda işğal altında olan ərazilərdən tramplin kimi istifadə olunacaq”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam