Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

100-dən çox dünya ulduzu Putindən Navalnını azad etməyi tələb etdi

100-dən çox dünya ulduzu Rusiya Prezidenti Vladimir Putindən həbsdə olan siyasətçi Aleksey Navalnını azad etməyi tələb edib.

Yenixeber.org: Aktyorlar Benedikt Kamberbetç və Jude Lou, yazıçılar Coan Roulinq və Conatan Franzen, musiqiçi Tom York, futbolçu Erik Kantona və 100-dən çox dünya ulduzu siyasətçi Aleksey Navalnının həbsdən azad edilməsi tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış açıq məktub imzalayıblar.

Onlar məktubda bildiriblər ki, müxalifətçiyə qarşı irəli sürülən ittihamlar heç bir müstəqil hüquqi qurum tərəfindən tanınmayıb, ona verilən işgəncələr isə insanlıqdan kənardır.

Yuxarıda adları çəkilən məşhurlardan başqa məktubu həmçinin prodüser və rejissor Cey Cey Abrams, yazıçı Svetlana Aleksieviç, aktrisa Keyt Flitvud, yazıçılar Nil Qeyman və Mark Levi, aktyor Jan Reno və başqaları imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam