Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şirvan polisində Heydər Əliyevlə bağlı tədbir keçirilib-FOTOLAR

 

Şirvan Şəhər Polis Şöbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Yenixeber.org: Polis şöbəsinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin və Vətən torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Fizuli Əhmədov ömrünü Azərbaycan Respublikasının müstəqilliyinə həsr edən Ümumilli Lider H.Əliyevin şərəfli həyat yolundan danışıb. O, bildirib ki, ölkəmizin dar günündə millətimizin harayına səs verən H.Əliyev bütün çətinliklərə sinə gərərək, dövlətimizin dirçəlməsinə nail oldu. Bunun nəticəsində qısa bir zaman ərzində artıq Azərbaycan ən öndə gedən ölkələr arasında öz yerini tutaraq, beynəlxalq layihələrin əksəriyyətində fəal iştirak etdi.

Daha sonra çıxış edən digər iştirakçılar Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışaraq, müstəqil dövlətimizin inkişafının onun adı ilə bağlı olduğunu bildiriblər və Ümumilli Liderin böyük xilaskarlıq missiyasından danışıblar.

Tədbirdə Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam