Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qusarda məktəblilərlə görüş keçirilib-FOTOLAR

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun Bədirqala kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”  və "Erkən nikahın fəsadları" mövzularında maarifləndirmə tədbiri keçirilib.

Yenixeber.org:Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı  Hidayət Babayev müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun fəsadlarından, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. Qeyd olunub ki, “ağ ölüm”lə mübarizədə ümumilikdə cəmiyyət barışmaz mövqe tutmalı, xüsusən gənclərimizə onun zərərləri barədə daha çox məlumat verilməlidir ki, fəsadları barədə məlumatlı olsunlar. 

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev dinləyicilərə erkən nikahın fəsadları barədə ətraflı məlumat verib. 

Sonda şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam