Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pekin Tayvanın şimalında hərbi gəmilərlə təlimlərə başlayıb

Pekin Şərqi Çin dənizində, Tayvanın şimalında hərbi gəmilərlə döyüş atışlı təlimlərə başlayıb.

Yenixeber.org:  Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Pekinin təlimləri ABŞ-ın ötən həftənin cümə günü Yaponiya, Kanada və Fransa ilə birlikdə Filippin dənizində keçirdiyi dördtərəfli təlimlərə paralel keçirilir.

Qeyd olunub ki, Çinin Dəniz Təhlükəsizliyi Administrasiyası Çjetszyan əyalətinin Taiçjoy şəhərinin ərazi sularında bu gün səhərdən günortayadək atəş təlimləri səbəbilə gəmilərin hərəkətini qadağan edib. Ərazidəki digər təlimlərin isə bu gün gecəyədək davam edəcəyi qeyd olunub.

Təlimlərin 1955-ci ilədək Tayvanın nəzarətində olan Daçen adaları yaxınlığında olduğu qeyd olunur.

Məlumatda bildirilib ki, Pekin Şərqi Çin Dənizinin şimalında çərşənbə gününün birinci yarısı da daxil olmaqla daha bir təlim keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam