Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Titanik”ə baxmağa gedən turistlər yoxa çıxdılar

Kanadanın cənub-şərq sahillərində turistləri "Titanik" gəmisinin qalıqlarına baxmağa aparan sualtı qayıqla əlaqə kəsilib 

Yenixeber.org:  ABŞ və Kanadaya məxsus gəmi və təyyarələr sualtı qayığı tapmaq üçün səfərbər edilib. 

ABŞ Sahil Mühafizə Xidməti sualtı qayığın göyərtəsində bir kapitan və dörd sərnişinin olduğunu, gəminin 96 saat su altında qalma qabiliyyətinə malik olduğunu bildirib. Gəminin hələ də suyun altında qalıb-qalmadığı məlum deyil. 

ABŞ Sahil Mühafizəs Xidmətinin kontr-admiralı Con Mauqer jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ və Kanada gəmiləri və təyyarələri müxtəlif qurğulardan istifadə edərək gəminin axtarışlarını davam etdirir. 

"Bu, ucqar ərazidir və ərazidə axtarış aparmaq çətindir", - o qeyd edib. 

Sualtı qayığı idarə edən "OceanGate Expeditions" adlı özəl şirkət insanları xilas etmək üçün "bütün variantların səfərbər edildiyini" açıqlayıb. İddialara görə, sərnişinlər arasında britaniyalı milyarder Hamiş Hardinq də var. 

Şirkətin saytında verilən məlumata görə, adambaşına 250.000 dollara başa gələn ekspedisiyalar Nyufaundlend ştatının Sent-John şəhərində başlayır və səyahət müddətində 640 kilometr məsafə qət edilir. 

Xatırladaq ki, Böyük Britaniyaya məxsus "Titanik" sərnişin gəmisi 1912-ci ildə ilk səyahətində aysberq çırpılaraq batıb və 1500-dən çox insan həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam