Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Priqojin Belarusda öldürülə bilər -SƏBƏB

"Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinin Belarusda öldürülməsi ssenarisi tamamilə mümkündür.

Yenixeber.org: Bu barədə CNN-in Moskva bürosunun keçmiş rəhbəri Cill Coqerti danışıb.

Məlumata əsasən, Putin indi 2000-ci ildən bəri hakimiyyətinə qarşı ən ciddi sınaqların nəticələrini dəf etməlidir. 

Coqertinin sözlərinə görə, Putin satqınları bağışlamır və qərarlarından asılı olmayaraq Priqojinə bildiyi kimi davranacaq.

“Priqojinin Belarusda öldürülməsi tamamilə mümkündür, çünki nə qədər ki, onun müəyyən dəstəyi var, o, harada olmasından asılı olmayaraq təhlükədir”, - o deyib.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam