Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zelenski:“Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır"

Ukraynanın NATO-ya üzvlüyü Baydenin qərarından asılıdır.

Yenixeber.org:  Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni Ukraynanı yalnız müharibə bitdikdən sonra Alyansa üzv ola bilsə belə, indi NATO-ya dəvət etməyə çağırıb.

Zelenski qeyd edib ki, Bayden ölkənin Şimali Atlantika Alyansına üzv olub-olmayacağına qərar verən şəxsdir. "O, NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olardı", - Zelenski deyib.

“Ukrayna anlayır ki, ölkə müharibə bitənə qədər NATO-ya qəbul edilməyəcək, lakin vətəndaşlar üçün bu məsələdə müttəfiqlərin dəstəyini hiss etmək vacibdir”, - Prezident əlavə edib.

"Biz hamımız başa düşürük. Amma bu siqnal həqiqətən çox vacibdir. Və bu, Baydenin qərarından asılıdır", - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam