Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nazir qardaşını işdən çıxardı

 

Nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarıb. 

 

    "xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, Ziya Məmmədov qardaşı ilə bağlı əmr verib. Əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85”adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad olunsun.

    Xatırladaq ki, bir neçə müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədovun başçılığı ilə “Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” adlı kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazımı tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir. 

     Qeyd edək ki, problem barədə millət vəkili Çingiz Qənizadə dəfələrlə mətbuatda çıxış edib. Onun təklifləri də naziriliyin kollegiya iclasında müzakirə olunmuşdu. Görünür, mövcud problemlər həll edilmədiyinə görə Nəqliyyat naziri Ziya Məmmədov qardaşını vəzifədən azad edib. Hər halda bu problemin həll olunmasına daha səlahiyyətli orqanlar da cəlb olunub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam