Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vaşinqtonun İran gəmiləri ilə bağlı tələbi

Kəngər körfəzi və Hörmüz boğazında İran hərbi gəmilərinin son vaxtlar müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərə atəş açması və onları təqib etməsi Vaşinqton tərəfindən sərt addımlar və reaksiyalarla qarşılanıb.
Yenixeber.org:  Ağ evin Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar rəhbəri Con Kirbi “Amerikanın səsi” radiosuna müsahibəsində İran hərbçiləri tərəfindən Fars körfəzində İranın xarici gəmilərin ələ keçirilməsi siyasətini davam etdirdiyini vurğalayraq, Vaşinqtonun Tehranı bu hərəkətlərə son qoymağa çağırıb.
“İranın gəmilərə hücumları demək olar ki, fasiləsiz davam edib. Bu hadisələrin bəziləri uğurlu olub, bizim müdaxilə etdiyimiz bəzi hallarda isə uğursuz olub. Bu cür hücumların qarşısını almaq qabiliyyətimizi artırmaq üçün Pentaqonun bu yaxınlarda Fars Körfəzi bölgəsinə yeni qüvvələr yerləşdirdiyini gördünüz. Biz İran rejimindən bu sabitliyi pozan hərəkətləri dayandırmasını tələb edirik. Birləşmiş Ştatlar həm də tərəfdaşlarını və müttəfiqlərini özünü və maraqlarını müdafiə etmək qabiliyyətinə malik olduğuna inandırmağa çalışır”, - Kirbi deyib.
Vaşinqton son iki ildə İranın Fars körfəzində 20-dən çox gəmiyə hansısa səbəb və əsaslandırma, əvvəlcədən xəbərdarlıq olmadan hücum çəkdiyini, onları təqib etdiyini və ya ələ keçirdiyini bildirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam