Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Blinken:İranın hərəkətlərinə qarşı Avropa ölkələri ilə birgə işləyirik

Vaşinqton İran İslam respublikasının ekstremist hərəkətlərinə qarşı çıxmaq üçün üç Avropa ölkəsi ilə əməkdaşlığı xeyli gücləndirib.
Yenixeber.org: ABŞ-nin Dövlət katibi Entoni Blinken Kolorado ştatında “Spen” analitik mərkəzinin təhlükəsizlik sammitində çıxışı zamanı Tehranın siyasətinin Vaşinqton və onun müttəfqilərinin ciddi narattlığına səbəb olduğunu bildirib.
“Nüvə razılaşmasına, JCPOA-ya qayıda biləcəyimizi görməyə çalışmağın üstünlüklərindən biri odur ki, biz indi avropalı tərəfdaşlarımız—Böyük Britaniya, Almaniya və Fransa ilə çox uyğunlaşmışıq, halbuki əvvəllər bu məsələdə real fikir ayrılığımız var idi. Biz İranda öz təməl haqları uğrunda mübarizə aparan qadın və qızların rəhbərlik etdiyi heyrətamiz etirazların şahidi olduq və İran hökumətinin onları yatırmaq üçün hansı vasitələrdən istifadə etdiyini də gördük. Təəssüf ki, İranın əməlləri qloballaşıb və dünyanın o biri tərəfində, o cümlədən ABŞ-da onların əleyhinə söz deyənləri və ya bəyənmədikləri hərəkətləri edənləri sıxışdırmağa çalışırlar. Biz bu cür hərəkətlərə qətiyyətlə cavab veririk”, - Blinken deyib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ABŞ-ı JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxarıb. Bundan sonra İranla yeni razılaşmanın imzalanması üçün “maksimum təzyiq strategiyası” çərçivəsində Vaşinqton Tehrana qarşı geniş sanksiyalar tətbiq edib. O vaxtdan Tehran JCPOA çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən imtina edərək nüvə fəaliyyətlərini genişləndirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam