Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Epidemioloqlardan sakinlərə XƏBƏRDARLIQ...

 Tayvan səlahiyyətliləri bu ilin əvvəlindən bəri 10 il ərzində rekord sayda denge qızdırmasına yoluxma halı qeydə alıblar.

Yenixeber.org: Bu barədə “Taipei Shibao” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ilin əvvəlindən ümumilikdə 846 nəfərdə virus müəyyən edilib. Ən çətin epidemioloji vəziyyət Taynan şəhərindədir. Belə ki, son bir həftədə şəhərdə 167 xəstəliyə yoluxma halı aşkarlanıb.

Epidemioloqlar sakinlərə xəbərdarlıq ediblər ki, tayfunun səbəb olduğu leysanlar yoluxma riskini artırıb. Belə ki, xəstəlik daşıyıcı olan ağcaqanadların sayı fəlakətdən sonrakı ikinci həftədə kəskin şəkildə artıb.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge qızdırması virus infeksiyasıdır. Yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları xəstəliyin əsas əlamətləridir. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan sağlamlığı üçün ən böyük təhdidlər siyahısına daxil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam