Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

60 faiz ərazi minalardan təmizlənib -Kəlbəcərdə

Kəlbəcərdə 60 faiz ərazi minalardan təmizlənib

Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 ha ərazinin təmizlənməsi nəzərdə tutulub.

Yenixeber.org: Bunu Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 %) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.

N. Hümmətov qeyd edib ki, yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 983,71 ha ərazi minalardan təmizlənib.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Prezidentinin 18.03.2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən həmin dövrdən hazırkı dövrədək bütövlükdə Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 ha torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması Komitə tərəfindən təmin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam